Əməkdar artistin qızı nişanlısı ilə Şahdağda - fotolar

Əməkdar artistin qızı nişanlısı ilə Şahdağda - fotolar
8401 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahanın qızı Gülşən nişanlısı Elxan Əlisatovla həftəsonunu Şahdağda keçirib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində E.Seyidcahan qızının toyuna hazırlaşdığını deyib:

“Toy yazda olacaq. Hazırlıqlara başlamışam. Qızım cehizlərini özü alır, həvəslidir. Oğluma ev almışam, məndən ayrı yaşayır. Qızıma da ev bağışlayacam. Övladlarımı bir-birindən ayırmıram. Mənim sənətdəki uğurlarımda, oğlum Əkbəri belə tərbiyəli böyütməyimdə Gülşənin rolu böyük olub. Ona görə də, qızıma nə etsəm halaldır”.

Əməkdar artist qızı üçün qeyri-adi toy mərasimi keçirəcəyini bildirib:

“Oğlumun toyunda çox adama demədim. Hamı məndən incidi. Qızımın toyunu açıq havada edəcəm. İndidən siyahı hazırlayıram. Bu dəfə elə edəcəm ki, kimsə inciməsin”.