Aktrisa Vildan Atasevər "The Memories of The Black Horses" filmiylə Kann kinofestivalına qatılır.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, iranlı rejissor Şahram Alidi Mardində çəkdiyi filmin premyerasını Kannda edəcək. Bu səbəblə Fransaya gedəcək qrupda V.Atasevər də yer alıb. Filmdə baş rolu oynayan aktrisa "Şahram Alididən gələn təklif məni çox həyəcanlandırdı. Heç düşünmədən qəbul etdim", - deyə bildirib.
Qeyd edək ki, Vildan Atasevər 5 illik aktyor həyat yoldaşı İsmayıl Hacıoğlundan ötən ay boşanıb.