Oynadığı rollar sayəsində dünyanın bir çox yerində pərəstişkarı olan aktrisa Tuba Büyüküstün növbəti sürprizlə qarşılaşıb.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, Aysel adlı azərbaycanlı xanım da daxil olmaqla, bir qrup fanatı aktrisaya 224 səhifəlik kitab bağışlayıblar. Kitab Tubaya həsr olunmuş yazılar, şeirlər və rəsm əsərləri daxil olmaqla 3 hissədən ibarətdir. Kitabın girişində deyilir:
“Bir ömür boyu sevdiyimiz! Sənin üçün hazırladığımız bu kitabda bir çox duyğumuza yer vermişik. Xəyalımızda onun vərəqlərinə toxunaraq üzündə yaranan təbəssümünü canlandırmışıq...”.
Aktrisa pərəstişkarlarının bu sevgisi qarşısında çox duyğulanıb.