Kıvanç dünyanın ən məşhur serialına çəkilib

Kıvanç dünyanın ən məşhur serialına çəkilib
3145 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Kıvanç Tatlıtuğun ABŞ-a getməsinin səbəbi bəlli olub.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, o, Amerika istehsalı olan “Vikings” (“Vikinqlər”) serialının üçüncü mövsümündə rol alıb.

“Kurt Seyit və Şura” reytinq yığa bilmədiyi üçün yayımı dayandırıldıqdan  sonra K.Tatlıtuğ boş qalmaq istəməyib. O, bir fransız prodüserin köməyi ilə “Vikings” serialına qonaq aktyor kimi daxil olub.

Ekran işində VIII əsrdə Skandinavyada sadə bir kəndlidən cəsur döyüşçüyə çevrilən Raqnar Latbrokun əhvalatından bəhs edilir. Tatlıtuğun baş rolda çəkilən  aktyor Rayan Kvantenə bənzərliyi də diqqət çəkib.