Nəzakət Məmmədovanın xatirəsi yad edilib - fotolar

Nəzakət Məmmədovanın xatirəsi yad edilib - fotolar
2476 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün mərhum sənətkar, əməkdar artist Nəzakət Məmmədovanın anadan olmasının 71 illiyi münasibətilə tədbir keçirilib.

Axşam.az-ın məlumatına görə, prodüserlər Humay Muxtarova və Ülvi Rzazadə tərəfindən keçirilən tədbirdə ifaçının lent yazıları səsləndirilib, həyat və yaradıcılığını əks etdirən video çarx nümayiş olunub.

Xalq artisti Flora Kərimova N.Məmmədova ilə bağlı xatirələrini bölüşüb:

“Onunla bağlı videonu izləyəndə kövrəldim, keçmiş illərə döndüm. Nəzakət xanımı çox sevirdilər. Xanım-xatun bir qadın idi. Həmdə tələbkar idi. Onun dilindən dedi-qodu eşitməzdin. Ölümü çox tez oldu. O, dünyadan gedəndən sonra ailəsində faciələr baş verdi: oğlu, daha sonra onun adını daşıyan nəvəsi qəzada dünyasını dəyişdi. O, həmişə insanların qəlbində yaşayacaq. İndiki gənclərə tövsiyə edirəm ki, sənətkarlara dəyər versinlər”.

Tədbirdə əməkdar artist Elza Seyidcahan, müğənni Ayan Babakişiyeva, Sevinc Ağaşirinova, Aşıq Samirə, prodüser Təranə Səmədova və başqaları iştirak edib.

Xatırladaq ki, N.Məmmədova Soçi şəhərində plastik əməliyyat etdirərək, boynundakı qırışlardan azad olmaq istəyib. Lakin əməliyyat zamanı həkim bıçağı boğazdakı şah damara toxundurub və ifaçı qanaxmadan dünyasını dəyişib.