1989-cu ilin avtobusunu nə etmək olar?
Adətən kənd yerlərində köhnəlmiş, istifadəyə yararsız avtomobilləri, avtobusları toyuq hininə, it damına çevirirlər. Amma Mira və Ceremi Tompsonlar aldıqları köhnə avtobusdan elə bir şey düzəldiblər ki, insanı heyran edir.
Avtobusun içinə möhtəşəm dizayn verərək onu ev üçün uyğunlaşdırıblar. Böyük evləri xatırladan avtobusda hamam-tualet, uşaq otağı, yataq otağı, mətbəx, kitab rəfləri və hətta tavanında çilçıraq var.
Axşam.az həmin fotoları təqdim edir.