Aktrisa Uma Turman görünüşü ilə hər kəsi təəccübləndirib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, rol aldığı “The Slap on Monday” serialının qalasına qatılan sənətçini görənlər onu tanımaqda çətinlik çəkiblər. Əvvəlcə fərqli makiyajı səbəbindən belə göründüyü düşünülsə də, bu qəribə dəyişmənin botoks üzündən olduğu müəyyənləşib.
Uma həmkarı Rene Zelveqerə də oxşadılıb. Qərb mediası "Yəqin, onları eyni həkim bu hala salıb”, - deyə yazıb.