Ayanın göbəyiaçıq libası - fotolar

Ayanın göbəyiaçıq libası -  fotolar
5446 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyeva fotokameramıza tuş gəlib.

Axşam.az-ın məlumatına görə, libaslarından danışan sənətçi cəsarətli geyimləri sevdiyini söyləyib:

“Gündəlik geyimlərim arasında göbəyiaçıq libaslarım çoxdur. Mənə necə rahatdır, o cür də geyinirəm. Özü də evdən çıxanda anama deyirəm ki, müğənniyə oxşayıram? Ana olandan sonra həddindən artıq çəki atdım. Amma fotolarda kök düşürəm. Güzgüdə özümə baxıram, məndən gözəli yoxdur”.

Sənətçi “Səndən sonra” klipinin təqdimatından sonra ona brilyant üzük hədiyyə olunmasından da danışıb:

“Qiymətini deməyəcəm. Mənim üçün bahalı olması üçün gərək qiyməti yüz mini keçsin. Üzük qeyri-adi insandan gəlməyib. Təqdimatda mənə gül də göndərilmişdi. Hələ də mənə gül göndərənin kimliyini bilmirəm. Ürəyi istəyər, üzə çıxıb təklifini edər. Orada yazılıb ki, mən onun ürəyindəyəm. Heç olmasa tanısaydım, o da mənim ürəyimdə olardı. Bunu başa düşmüşəm ki, ailə quranda birinci hörmət olmalıdır. Əgər hörmət varsa, orada məhəbbət də, sevgi də olur… Sırf sevgi olanda dəlisovluq, çılğınlıq yaranır. Hər bir insanın həyatda səhvi olur. Çalışacam bundan sonra səhvlər etməyim”.

A.Babakişiyeva burun əməliyyatı etdirmək istədiyini etiraf edib:

“Qızım Selena bir az böyüsün, etdirəcəm. Burnuma qarşı kompleksim var, bəyənmirəm. İndi qızım qəfil hərəkətlər edir, üzümə vurur. Burnuma vurar, əyilər".

Foto: Ramin ASLANOV