Köhnə sevgilisi danimarkalı jurnalist, aktivist Emma Holtenin fotolarını yaydıqdan sonra qız da öz şəkillərini çəkərək bloqunda yerləşdirib.
Axşam.az xəbər verir ki, bu hadisədən sonra dünya mediasının diqqətini cəlb edən gənc qız açıqlamasında məcburiyyət və razı olma arasındakı fərqi göstərmək istədiyini deyib.
Sevgilisi onun fotolarını paylaşdıqdan sonra xeyli mesaj alan E.Holten bunu sosial aksiyaya çevirmək qərarına gəlib.
Qeyd edək ki, intiqam məqsədiylə köhnə sevgilisinin intim fotolarını paylaşan insanlar az deyil.
“Huffington Post”un yazdığına görə 2013-cü ildə aparılmış bir sorğuya görə köhnə sevgililərin 10 faizi bu yola əl atır. Bunu edənlərin 90 faizi kişilərdir. Bu hadisəni “intiqam pornosu” adlandırırlar. Amerikanın 13 ştatında bu cinayət sayılır.
Aktivist Emma Holten isə bu hadisənin bütün dünyada cinayət sayılması üçün belə bir yola əl atdığını bildirib:
“Təcavüzlə seks eyni şey olmadığı kimi, istəklə və zorla qoyulmuş fotolar da tamamilə ayrı şeylərdir”.