Boşanmağa hazırlaşan Günayla Tolqa bir arada – fotolar

Boşanmağa hazırlaşan Günayla Tolqa bir arada – fotolar
5780 dəfə oxunub
  • A-
  • A
  • A+

“Kod adı K.O.Z.” filminin Türkiyədə qala gecəsi keçirilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ekran işində baş rolu oynayan azərbaycanlı model Günay Musayeva boşanmağa hazırlaşdığı aktyor həyat yoldaşı Tolqa Karellə üz-üzə gəlib. Rejissorluğunu Cəlal Çimənin etdiyi filmin qala gecəsində sənət aləminin tanınmış simaları iştirak ediblər.
Günay və Tolqa yan-yana gəlməməyə çalışıblar.

G.Musayeva açıqlamasında gözəl bir layihədə yer aldığına görə xoşbəxt olduğunu deyib. O, “Hər şeyin daha gözəl olacağına inanıram” söyləyib.

T.Karel isə “Filmin davamının çəkilməsini istəyərdim. Bu, azadlığa doğru atılan gözəl addımdır. Xalq dəyərləndirəcək”, - deyə bildirib.

Qeyd edək ki, filmin Bakıdakı təqdimat mərasimi martın 12-də baş tutacaq.