Zabit cinsiyyətini dəyişdi - fotolar

Zabit cinsiyyətini dəyişdi - fotolar
4319 dəfə oxunub
  • A-
  • A
  • A+

Kral ordusunda qulluq edən ilk transseksual zabit Hanna Vinterborn İngiltərə mediasının gündəmindədir.

Axşam.az “Milliyət” qəzetinə istinadən xəbər verir ki, 100 əsgərlik bölüyün komandiri olan Hann cinsini dəyişdirmək üçün uzun müddət mübarizə aparıb. Nəhayət, o, rəsmi səviyyədə buna icazə ala bilib.

Orduda öncə kişi olaraq xidmətə başlayan Vinterborn Əfqanıstanda qulluq etdiyi dövrdə cinsiyyətini dəyişməyə qərar verdiyini deyib. Amma bu qərarın ordudakı xidmətinə son qoyacağından qorxan zabit araşdırmalar aparıb və qanunvericiliyin buna qadağa qoymadığını ortaya çıxarıb.

Əməliyyat olunduqdan sonra orduda artıq qadın kimi xidmətinə davam edən H.Vinterborn əsgərlərin ona qəribə baxdığını deyib.