Müharibələr, senzura, söz azadlığının olmaması, texnoloji inkişafın fəsadları, seksizm, homofobiya, qadınlara qarşı zorakılıq...
Müasir dünyanın və cəmiyyətin sağalmayan yaralarıdır. Dünyanın bir tərəfində insanlar aclıqdan əziyyət çəkərkən, digər tərəfində artıq ərzağı zibilliyə tökürlər. Bir tərəfdə insanlar geyinməyə paltar tapmır, başqa yerdə isə bəziləri brend geyim dərdindədir.
Axşam.az xəbər verir ki, ispan rəssamı Luis Quilesin ironik illustrasiyaları məhz dövrümüzün əsas problemlərini əks etdirməyə yönəlib. Bu əsərlər müasir dövrün güzgüsüdür.
Həmin əsərləri təqdim edirik.