Müğənni Rita Ora “NYLON Magazine” jurnalı üçün fotosessiya etdirib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Rita həmçinin isveçli sevgilisi Kelvin Harrislə ayrılma səbəblərindən danışıb. Sənətçinin sözlərinə görə, Kelvin ulduza "eşq fantaziyaları”nın öhdəsindən gəlməyə kömək edib. R.Ora bu ayrılığın ona yeni albomunu hazırlamaqda ilham verdiyini də deyib:
“Əvvəlkilərə nisbətən yeni albomumdakı mahnılar bir az bədbin notlar üzərinə köklənəcək. Amma ayrılmağımız mənə ilham mənbəyi oldu”.
Xatırladaq ki, Rita Ora Kelvin Harrisdən ötən ilin yayında ayrılıb. Cütlük tez-tez ayrılıb barışmaları ilə gündəmdədir.