"Mükəmməl cütlük" ayrıldı
Hollivudun “mükəmməl cütlüy”ü kimi tanınan, “Spider man” (“Hörümçək adam”) filminin qəhrəmanları Emma Stounla Endryu Qarfild ayrılıblar.
Axşam.az xəbər verir ki, “People” dərgisində yer alan məlumata görə, məşhur cütlüyün münasibətlərini bitirməsinə səbəb Endryunun xeyli müddətdir Taylandda davam edən film çəkilişləri üzündən Emmadan uzaqda qalmağıdır.
Dünyanın ən gözəl cütlüyü adlandırılan 31 yaşlı aktyorla 26 yaşlı aktrisa 2011-ci ildə “Yeni hörümçək adam” filminin çəkilişləri zamanı tanış olublar.