Namiq Qaraçuxurlu hörmət tələb edir

Namiq Qaraçuxurlu hörmət tələb edir
2251 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Namiq Qaraçuxurlu aparıcılara müraciət edib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçi hər kəsdən özünə qarşı hörmət tələb etdiyini bildirib:

“36 yaşım var, həyatımın yarısını sənətə sərf etmişəm. Verilişlərə naşı insanları dəvət edirlər. Son zamanlar isə efirlərdə quyu qazmaq, iynələmək kimi hallarla qarşılaşıram. Mən işimdən zövq almaq istəyirəm. Hörmətə layiq insanam. Aparıcılardan da mənə hörmətlə yanaşmalarını tələb edirəm. Demirəm ki, aylarla efirə çıxmayacam. Hərdən görünəcəm. Bu addımımla gənclərə də dəstək oluram. Mən olmayacam, onların efirə çıxmağına şərait yaranacaq. Hazırda yaradıcılığımla məşğulam. Yeni mahnılar bəstələyirəm. Efirdən uzaqlaşmaq toy bazarıma təsir etməyib. Ümumiyyətlə, toyun az və ya çox olması mənim şərtlərimdən asılıdır”.

Foto: Ramin ASLANOV