Şou-biznesin ən yaxşıları bəlli oldu

Şou-biznesin ən yaxşıları bəlli oldu
5022 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında  “Show Production”ın təşkilatçılığı ilə “Star 2013” mükafatının təqdimetmə mərasimi baş tutub.

Axşam.az-ın məlumatına görə, aparıcılığını Samir Bayramlı və İlahə Nizamiqızının etdiyi gecədə ilin ən yaxşıları mükafatlara layiq görülüb.

Müğənni Yaşar Yusub “İlin xarizmatik və işgüzar kişi müğənnisi”, Günay İbrahimli “İlin sevilən gənc xanım müğənnisi”, prodüser Təranə Səmədovanın “Şarm” qrupu “ilin sevilən gənc xanım qrupu”, Oksana Rəsulova “İlin rəqqasəsi”, Sevinc Tofiqqızı “İlin çalışqan bəstəkarı”, Zöhrab Ağayev “İlin klipmeykeri” nominasiyası üzrə diplomlarla təltif edilib. Sənətçilər Günel Məhərrəmova və Sevinc Ağaşirinova da il ərzində göstərdikləri fəaliyyətə görə birincilər arasında olub.
Türkiyədə istirahətdə olduğu üçün mükafatını ala bilməyən Tolik “İlin peşəkar prodüseri”, Anar Ağakişiyev isə “İlin stilisti” seçilib.

ATV telekanalında yayımlanan “Onlar”, “ATV maqazin” və “Xəzər” telekanalından “Star life” verilişləri də ilin ən yaxşıları sırasında yer alıb. 

Gecədə Axşam.az da mükafat alanlar sırasında idi. Portal “İlin ən çox baxılan maqazin saytı” nominasiyası üzrə diplom alıb.

Jurnalist Fuad Mədətov isə “ilin operativ maqazin jurnalisti” adına yiyələnib.

Foto: Rəşad ABBASOV