Məşhur azərbaycanlı caz ifaçısı Ülviyyə Rəhimova (Cons) ana olub.
Axşam.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı müğənninin həyat yoldaşı Ceyk Cons sosial şəbəkədə yayıb.
Ceyk yeni doğulmuş oğlunun şəklini Facebook-da paylaşaraq sevinc hisslərini bölüşüb.
Körpənin çəkisi 3 kq 250 qramdır.
Məlumatda ana və körpənin sağlam olduğu bildirilir.