"...Deməli, musiqidə bunlar da varmış"

"...Deməli, musiqidə bunlar da varmış"
1348 dəfə oxunub
  • A-
  • A
  • A+
Yurmalada keçirilən “Yeni dalğa” musiqi festivalına qatılan gənc ifaçı Çingiz Mustafayev dünən səhər saatlarında vətənə qayıdıb.

Axşam.az-ın məlumatına görə, sənətçi müsabiqədə yer tutmasa da, məyus olmadığını deyib:

“Bu, mənim üçün böyük təcrübə oldu. Aleksandr Revzin məktəbi keçdim. Onun məşqlərdə öyrətdiklərinə baxdıqca təəccüblənirdim ki, deməli, musiqidə bunlar da varmış. Bir çox məşhur müğənnilərlə tanış oldum, özümə xeyli dost qazandım. Ən əsası Azərbaycandan kənarda da tanındım. Bu gün Rusiya şou-biznesinin ən məşhur simaları - Dima Bilan, Sergey Lazarev kimi müğənnilər “Yeni dalğa”da yer tutmayıb. Qalib olan müğənnilər isə heç gündəmdə deyil”.

Qeyd edək ki, festivalda birinci yerə Kubadan olan iştirakçı Roberto Kel Torres, ikinci yerə Gürcstandan Salome Katomadze, üçüncü yerə isə vyetnamlı Vin Huat layiq görülüb.