“50 yaşdan sonrakı seks həyatı daha maraqlı olur”

“50 yaşdan sonrakı seks həyatı daha maraqlı olur”
7310 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivudun məşhur simalarından olan Şeron Stoun “New you” dərgisinə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, 55 yaşlı aktrisa seks həyatındakı istəklərindən danışıb.

“İllər keçdikcə bədənimizin nə istədiyini, bizi nələrin ehtiraslandırdığını daha yaxşı anlayırıq. Ola bilsin ki, gözlərimin ətrafında cavan yaşlarımdakı parıltı yoxdur, amma bu, məni daha səviyyəli göstərir. Ən vacibi isə kişilər 50 yaşdan sonrakı qadınların yataqda daha təcrübəli olduqlarını bilirlər. Bu yaşda da sevmək, ehtiras yaşamaq mümkündür. Seks həyatı onda daha maraqlı olur. Çox plastik cərrah məni yoldan çıxarıb, əməliyyat etmək istəyib. Bununla heç vaxt razılaşmamışam. 55 yaşımda da cazibədar görünməyi bacarıram” – deyə aktrisa bildirib.