“Bəzi saytlarda yazırlar ki, İradə artıq dodaqlarını böyütdürüb. Hətta şəklimi montaj edib yayıblar. Bu, yalandır. Hələ neçə il əvvəl dodaqları şişirtmək dəb olanda bu, mənə də təklif olunmuşdu, amma istəmədim. Halımdan razıyam. Nəyəsə müdaxilə etmək fikrim yoxdur”.
Axşam.az saytının müxbirilə söhbətində bu sözləri müğənni İradə İbrahimova deyib.
O bildirib ki, dodaqlarında yox, saç düzümündə dəyişiklik edib.
Saçını daha açıq rəngə boyayan müğənninin yeni fotolarını təqdim edirik.