1 Avqust tarixindən etibarən Azərbaycanın internet məkanında yeni bir layihəyə - “TMBParty.com”a (Türk musiqi birliyi partisi layihəsi) imza atilıb.
Axşam.az-ın məlumatına görə, TMBParty.com onlayn şou - canlı yayım servisi mügənnilərlə onların pərəstişkarları arasında körpü olacaq.
Eyni zamanda müğənni və aktyorların Türk ölkələrində, o cümlədən bütün dünyada tanınmasına, bununla da Azərbaycan mədəniyyətinin təbliğınə xidmət edən bir layihədir.
TMBParty.com layihəsinin özəlliyi ondadır ki, burada hər bir məşhur özəl canlı yayım kanalını yaradaraq, internet olan istənilən məkandan, konsert salonundan, klublardan və ya sadəcə mənzildən pərəstişkarlarının görüşünə gələ bilər. Tamaşaçı isə istənilən internet olan məkandan TMBParty.com saytına daxil olub izləyici statusu əldə etməklə, sevdiyi sənətçılərın canlı yayımda təqdim etdikləri əyləncəli proqramları izləyə biləcəklər. Eyni zamanda pərəstişkarı olduğu mügənniyə suallar vermək, onunla ünsiyyətdə olmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, əsasən Türkiyə - Azərbaycan internet məkanı üçün nəzərdə tutulan bu layihədə istifadəçilərin canlı yayımları izləməkdən savayı profil yaratmaq, dostlaşmaq, video, audio və digər formatlı faylar paylaşmaq, görüntülü danişmaq (video çat), bloq yaratmaq, forumlarda iştirak etmək imkanı da qazanacaqlar.
Təşkilatçılar gələcəkdə sayta bir necə yeni funksiyaların da əlavə ediləcəyini bildiriblər.