MDB-də populyar olan RnB ifaçısı Byanka Bakıda konsert verəcək.
Axşam.az saytının “1news.az”a istinadən verdiyi məlumata görə, konsert avqustun 25-də "Jumeirah Bilgah Beach Hotel"də yerləşən "Equinox Beach Club"da baş tutacaq.
“KKM Production” və “OKTO Production”nın təşkilatçılığı ilə keçiriləcək gecədə RnB-nin kraliçası Byanka sevilən hitlərini, həmçinin yeni mahnılarını səsləndirəcək.