Dünyanın ən seksual qadınlarından olan Kelli Bruk Bodrum tətilindən qayıtdıqdan sonra telefonunda başqa qadına aid mesajlar gördüyü sevgilisini tərk edib.
Axşam.az-ın məlumatına görə, 33 yaşlı model özündən 8 yaş kiçik sevgilisi Denni Ciprianini heç kimlə bölüşmək istəmədiyini bildirib.
Mesajları görüb əsəbiləşən Kelli sevgilisini Londonda birlikdə yaşadıqları evindən qovaraq, sosial şəbəkədə onunla birlikdə paylaşdığı bütün fotoları da silib.
Mesajda qadının Denniyə açıq-sacıq mesajlar yazdığı, onunla intim münasibətdə olmaq istəyi qeyd olunub.
2008-ci ildən bir yerdə olan cütlük bir neçə gündür ayrı yaşayır.