Əməkdar artist Tünzalə Ağayeva ötən gün konsert verib.
Axşam.az-ın məlumatına görə, Ramazan bayramı münasibətilə təşkil edilən proqram Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutub.
“O’na gedən yol” adlı gecədə ilk olaraq səhnəyə millət vəkili Qənirə Paşayeva çıxaraq, hər kəsin bayramını təbrik edib.
Əməkdar artist sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi özünə aid olan “Qapını aç bu quluna ey Rəbbim!” adlı yeni mahnısın; ilk dəfə konsertdə dinləyicilərə təqdim edib.
Konsertin xüsusi qonağı xalq artisti Nəzakət Teymurova olub. Onlar birlikdə duetlər ifa edib.
Qeyd edək ki, konsert “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB tərəfindən müqəddəs Ramazan bayramı münasibətilə şəhid, milli qəhrəman ailələri, məcburi köçkünlər və eləcə də musiqisevərlər üçün təşkil olunub.