Müğənnidən bir gündə iki xeyriyyə tədbiri (Foto)

Müğənnidən bir gündə iki xeyriyyə tədbiri  (Foto)
2227 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərli ötən gün iki xeyriyyə tədbiri təşkil edib.

Axşam.az-ın məlumatına görə, sənətçi ilk olaraq Saray qəsəbəsində yerləşən əlil və kimsəsiz körpələrə baş çəkib.

Onlara hədiyyələr aparan Roza Zərgərli sevilən mahnılarını da səsləndirib.

Daha sonra isə müğənni qocalar evinə baş çəkib.

Qeyd edək ki, tədbirdə Roza ilə birlikdə “Şarm” qrupuda iştirak edib.