Müğənni Roza Zərgərli Tovuz rayonunun cəbhə bölgəsində konsert verib.
Axşam.az-ın məlumatına görə, hərbiçilər önündə çıxış edən sənətçi sevilən mahnılarını səsləndirib. Roza Zərgərli ilə bərabər konsertdə xanəndələr Babək Niftəliyev və Vüsalə Əskər də yer alıb.
Qeyd edək ki, müğənni dilbər güşəmiz olan Ağstafadakı Heydər Əliyev adına parkda da konsert verib.
Konsertdə reper Qurdun çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.