Tovuzda konsert verdi

Tovuzda konsert verdi
2142 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Əbdül Xalid Tovuzda konsert verib.

Axşam.az-ın məlumatına görə, Tovuz rayon icra hakimiyyətinin təşkilatçılığı ilə baş tutan konsertdə yüzlərlə dinləyici toplaşıb.

Gecədə Xalidi dinləməyə gələnlər arasında millət vəkili Qənirə Paşayeva, Tovuz Rayon İcra başçısı Tofiq Zeynalov və xalq artisti Canəli Əkbərov da yer alıb.

Konsertdə müğənni Roza Zərgərli və reper Qurd səhnəyə çıxaraq, öz sevilən mahnılarını səsləndirib.

Qənirə Paşayeva Xalidə rəsm əsəri, Roza Zərgərliyə xəncər hədiyyə edib.

İcra başçısı isə Xalidi diplomla mükafatlandırıb.

Üç saat davam edən gecənin sonunda dicey Eminin iştirakı ilə diskoteka olub.