Müğənni Azəri qızı Günel uzun fasilədən sonra türkiyəli paparatsilərin fotokamerasına tuş gəlib.
Axşam.az-ın “Hurriyət”ə istinadən verdiyi məlumata görə, alış-verişə çıxan sənətçi avtomobilinə minərək, jurnalistlərə poz verib.
Günel “Kaş ki, məni bu imicdə çəkməyəydiniz. Qısa saçlarıma hələ də öyrəşməmişəm” deyib.
Yeniliklərindən danışan müğənni sonuncu albomunu zibil qutusuna atdığını bildirib:
“Yeni albomumu bəzi səbəblərə görə, heç bəyənmədim, zibil qutusuna atdım. Xərclədiyim pullar da boşa getdi”.