"Şou-biznesin qeybətindən qulağım dincəlmişdi" - Nadir

"Şou-biznesin qeybətindən qulağım dincəlmişdi" - Nadir
1973 dəfə oxunub
  • A-
  • A
  • A+
Ailəsi ilə birgə Türkiyədə olan müğənni Nadir Qafarzadə istirahət mövsümünü başa vuraraq Bakıya qayıdıb.

Bu barədə Axşam.az-a müğənni özü məlumat verib. İfaçı bildirib ki, artıq sabahdan iş başına keçəcək:

“Nəhayət ki, ailəmlə birgə istirahət edib, paytaxta döndüm. Çünki Bakıda görüləsi çox işlərim var idi. Məndən aslı olsaydı, bir az da dincələrdim. Amma buna baxmayaraq, çox yaxşı istirahət mövsümü keçirdiyimi düşünürəm. İstirahətdə olduğum müddətdə şou-biznesin qeybət və səs-küyündən qulağım dincəlmişdi. Həm ziyarət, həm ticarət deyib, Türkiyədə yaradıcılıq işlərimə də fasilə vermədim. Yeni mahnılar yazdırıb, aranjiman etdirdim. Gözlənilməz layihələr hazırlayıram. Öncədən söyləmək istəmirəm. Amma onu deyim ki, gözləməyə dəyər. Bundan əlavə sentyabrın 13-də "Yaşıl Teatr"da baş tutacaq konsertimə hazırlıq prosesi gedir”.