Bir müddət əvvəl narkotikdən istifadəyə görə saxlanılan türkiyəli aktyor Kənan İmirzalıoğlu ölkəni tərk edib.
Axşam.az-ın məlumatına görə, aktyor eyni zamanda sevgilisi Kübra Küçükdən də ayrılıb. Həbs olunduqdan sonra depressiyaya düşən Kənan Barselonaya yollanıb. Telefonlarını söndürən İmirzalıoğlunun ailəsi ilə də danışmadığı bildirilir.
O, yaxın dostlarına bu davranışa layiq olmadığını deyib.
Hətta onun “bəlkə Türkiyəyə heç qayıtmadım” söylədiyi ortaya çıxıb.