Müğənni Aysel Əlizadə 1200 manat dəyərində özünə it alıb.
Axşam.az-ın müxbirilə söhbətində sənətçi bildirib ki, bütün planlarını Evrik adlı itinə görə qurur:
“İtlərə aid nə varsa, hamısını Evrik üçün edirəm. İşim olanda məcbur onu kiməsə saxlamağa verirəm. Həmin vaxt çox narahat oluram. Evriki gözümdən kənara qoymağa ürəyim dözmür”.