Xalq artisti İlhamə Quliyevanın solo konserti baş tutub.
Axşam.az-ın məlumatına görə, konsert İctimai telekanal tərəfindən lentə alınıb.
Müğənninin mətbuat katibi Faiq Ələkbərli xalq artistinin 12 mahnı ifa etdiyini bildirib. Konsert İlhamə Quliyevanın ad günündə - avqustun 17-də yayımlanacaq.