Müasir "Çalıquşu"nun ilk fotoları

Müasir "Çalıquşu"nun ilk  fotoları
4604 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəşad Nuri Güntəkinin eyni adlı romanından götürülərək dövrümüzə uyğunlaşdırılan “Çalıquşu” serialının ilk görüntüləri yayılıb.

Axşam.az-ın məlumatına görə, “Qafqazinfo” türk mətbuatına istinadla xəbər verir ki, yeni mövsümün iddialı seriallarından olan “Çalıquşu”nun ilk görüntüləri ortaya çıxıb.

Kanal D-də ekrana gələcək serial 1986-cı ildə TRT-də tamaşaçıların qarşısına çıxıb. Rəşad Nuri Güntəkinin ölümsüz əsəri “Çalıquşu” 27 il sonra Fahriye Evcen (Fəridə) və Burak Özçivit (Kamuran) ilə təkrar ekrana gələcək. Çalıquşunun rejissorları isə Çağan Irmak-Doğan Ümid Karacadır. Fahriye Evcen seriala ciddi hazırlaşdığını, serialın cərəyan edəcəyi dövrlə əlaqədar araşdırmalar etdiyini, romanı 2 dəfə oxuduğunu bildirib. Evcen Feridə obrazını makiyaj etmədən oynayacaq.

Qeyd edək ki, Fəridə xarakterini 27 il əvvəl Aydan Şener, Kamuran xarakterini isə Kenan Kalav oynamışdı.