Dünyaca məşhur ulduz Madonnanın qızı Lurdes Leonun Fransada fotoları yayılıb.
Axşam.az-ın məlumatına görə, Vilfranş-syur-Mer şəhərində dincələn 16 yaşlı qız bütün günü idmanla məşğul olur.
Paparatsilər Lurdesi əvvəlcə parkda kəndirdən sallanmış halda, daha sonra isə dostları ilə velosiped sürərkən görüntüləyib.
Rusiya mətbuatı Madonnanın bütün ailə üzvlərinin, eləcə də 25 yaşlı sevgilisi Brahimin də Fransada olduğunu bildirib. Cütlük Mentonedəki klassik musiqi festivalına qatılıb. Hazırda isə Madonna və sevgilisi müğənninin 16 avqustdakı ad gününə hazırlaşır.