Müğənni şairəylə eşq yaşayır?

Müğənni şairəylə eşq yaşayır?
3371 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Çingiz Mustafayev şairə Zəhra Bədəlbəyli ilə sevgili olması haqda xəbərlərə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, tez-tez birlikdə görüntülənən cütlüyün eşq yaşadığı iddia edilsə də, ifaçı bunu inkar edib.

Çingiz onunla aralarında yalnız dost münasibəti olduğunu bildirib:

“Zəhra ilə biz dostuq. Həm də işbirliyimiz var. Hər yerdə birlikdə görünə bilərik. Bunların hamısı boş söhbətlərdir. Sevgi münasibətimiz yoxdur”.

Yunanıstana getməyə hazırlaşan Çingiz payızda solo konsert verəcək:

“Hazırda yol üstəyəm. Yunanıstanın Verus adasına yollanıram. Mən sakit, komfortu olmayan istirahəti sevirəm: yemək hazırlayım, paltarlarımı ütüləyim, bir sözlə hər işi özüm edim. İstirahətdən qayıtdıqdan sonra solo konsertimin hazırlıqlarına başlayacam. Repertuarımda yeniliklər edirəm”.