Türkiyəli aktyor Kıvanç Tatlıtuğ “Qalatasaray” klubunun oyunçusu Uesley Sneyder və həyat yoldaşı Yolanta Kabauyla görüşüb.
Axşam.az-ın məlumatına görə, Yolanta restoranda yemək zamanı çəkilən fotoları sosial şəbəkədə paylaşıb.
Şəkillər insanlar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri fotoların altından Kıvança zarafatyana rəylər yazıblar:
“Aşkı-Məmnu”da Bihtərin, “Kuzey Güney”də Cəmrənin ağlını aldın. Yolanta gəlini sənə vermərik Kıvanç. Uesley onunla Kıvançı bir araya gətirməkdə böyük səhv edib”