Millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə müğənni Əbdül Xalidin ünvanına təriflər yazıb.
Axşam.az-ın məlumatına görə, millət vəkili onu qardaşı kimi sevdiyini bildirib:
“Bütün Ramazan bayramını sona qədər doğulduğum və bu gün millət vəkili kimi təmsil etdiyim Tovuz rayonunda oldum. Çoxlu görüşlər, tədbirlər keçirdik. Dəyərli insan, gənc və istedadlı sənətçi, mənə hər zaman böyük bacı deyən və bir qardaş kimi çox sevdiyim Əbdül Xalid tovuzlular üçün gözəl bir konsert proqramı verdi. Tovuz onun və ailəsinin köklərinin bağlı olduğu bir yer olsa da, o, ürəyi bütün Azərbaycanla döyünən gənc və istedadlı bir sənətçidir. Tovuzlulara yaşatdığı gözəl bayram gecəsi üçün Əbdül Xalidə bir daha təşəkkürlər”.