Naomi Kempl daha gözəl görünəcək

Naomi Kempl daha gözəl görünəcək
2582 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur model Naomi Kempl rusiyalı milyarder sevgilisi Vladislav Doronini unutmaq üçün bütün gününü istirahətə həsr edib.

Axşam.az-ın məlumatına görə, İbiza adasına yollanan ulduz dizayner Roberto Kavallinin yaxtasında dincəlir.

Paparatsilərin fotokamerasına tuş gələn Naominin arıqladığı, özünə daha çox fikir verdiyi diqqətdən qaçmayıb.

Modelin dostları mediaya onun Doronindən ayrıldıqdan sonra daha gözəl görünməyə çalışdığını deyiblər. Hər gün idmanla məşğul olub, pəhriz saxlayan Kempl depressiyaya düşmədiyini sübut etməyə çalışır.