Müğənni Kərim solo konsertə hazırlaşır.
Yenilikləri ilə bağlı özəl açıqlamalarını Axşam.az saytına verən sənətçi konsert planlarından danışıb.
O, digər həmkərlarından fərqli bir şou hazırlayacağını deyib:
“Çox vaxt deyirlər ki, Azərbaycanda şou yoxdur. Əslində bizim müğənnilər bunu etməyi bacarmır. Səhnədə yalandan dala-qabağa gedərək oxuyur. Bu da oldu çıxış. Mənim konsertimdə tam fərqli bir şou olacaq. Əlimi cibimə qoyub səhnədə oxumayacam. Hazırda 30 nəfərdən ibarət rəqs ansamblı ilə çalışıram. Mənimlə bərabər konserti izləməyə gələn tamaşaçılar da rəqs edəcək. Mən Azərbaycanda şou olduğunu sübut edəcəm”.
Konsertinin Heydər Əliyev Sarayında gerçəkləşəcəyini deyən Kərim “Sevgi himni” mahnısına klip çəkdirəcəyini bildirib:
“Daha sonra isə bəstəkar Gövhər Həsənzadənin Yox, unutmadım” adlı yeni mahnısını təqdim edəcəm”.