ATV-də yayımlanan “Özünə bax” verilişinin cazibədar aparıcısı Sevinc Camalova yeni fotosessiyasını Axşam.az saytına təqdim edib.
Hər zaman fərqli və qlamur görünüşü ilə seçilən aparıcı bu dəfə də maraqlı fotoları ilə diqqət çəkib.
Ötən mövsüm aparıcılıq etdiyi veriliş başa çatan Sevinc payızda yeni layihə ilə tamaşaçı qarşısına çıxacağını bildirib. Belə ki, o, tam fərqli formatda veriliş hazırladığını vurğulayıb.
Aparıcının yeni layihəsi də ATV telekanalında yayımlanacaq.