Turanın xanımı ad gününü belə qeyd etdi

Turanın xanımı ad gününü belə qeyd etdi
14718 dəfə oxunub
  • A-
  • A
  • A+
Vizajist, aparıcı Turan İbrahimovun həyat yoldaşı Nərmin İbrahimova dünən ad gününü qeyd edib.

Axşam.az-ın məlumatına görə, 27 yaşı tamam olan Nərmin şad gününü ailə üzvləri ilə birlikdə keçirib.

İlk təbriki həyat yoldaşı Turandan alan vizajist təəssüratlarını bizimlə bölüşüb:

“Məni sevən hər kəsdən təbriklər gəldi. Bu günümü unudulmaz və gözəl keçirdim. Birinci təbrik və hədiyyəni həyat yoldaşım Turandan aldım: mənə nişan üzüyü bağışladı. İlk nişan üzüyüm böyük olduğu üçün istifadə edə bilmirdim. İndi daha incə birini alıb ki, hər zaman barmağımda olsun. Bu xoş günümdə yanımda olan hər kəsə minnətdaram”.

Qeyd edək ki, müğənni Günay İbrahimli də N.İbrahimovanı təbrik edənlər arasında olub.

Foto: Rəşad ABBASOV