Şoumen hədələdi: "Qızımdan uzaq dur"

Şoumen hədələdi: "Qızımdan uzaq dur"
3522 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli şoumen Məhmət Əli Ərbil 18 yaşlı qızı Yasminin aktyor Məhməd Aslanla münasibət qurmasına əsəbiləşib.

Axşam.az-ın "Hürriyət"ə istinadən məlumata görə, Ərbil Aslana zəng vuraraq onu hədələyib və qızından uzaq durmasını tələb edib.

Maqazin dünyasına meyilli olan Yasmin ötən ay Hülya Avşarın qızı Zəhra ilə dalaşaraq gündəmə gəlmişdi. İndi isə o, aktyorla münasibət qurmağa çalışıb. Hətta cütlük restoranların birində yemək də yeyib.

Məhməd Aslan şoumenin bu təhdidindən sonra Yasminlə bir daha görüşməyəcəyinə söz verib.