Axşam.az saytı Amerikanın birinci xanımı Mişel Obamanın “şahzadəsayağı” pəhrizini sizə təqdim edir.
Obama yuxudan duran kimi 5 dəqiqəlik idman edir. Masada heç də prezident xanımına uyğun bol çeşidli yeməklər olmur. Birinci ledi yalnız təzə tərəvəzlərə və meyvəyə üstünlük verir. Bununla belə Mişel sağlam bədən quruluşunu tək buna borclu deyil.
O, idmanla çox gərgin məşğul olur: trenajordan və qantellərdən istifadə edir. Halqanı belində 140 dəfə fırladır. Vaxtının çox hissəsini isə təmiz havada gəzərək keçirir.
Mişel Obamanın gündəlik pəhriz menyusu isə aşağıdakı kimidir:
Səhər: yağsız kəsmik, meyvə və təzə sıxılmış meyvə şirəsi.
Nahar: təzə tərəvəzlərdən hazırlanmış salat, şorba, adi qazsız su.
Şam: Tərəvəz salatı, meyvə. Gün ərzində bir dəfə quru meyvə yeyir. Kofe və çayı şəkərsiz içir. Həftədə üç dəfə isə yağsız, buxarda bişmiş toyuq, balıq və ya ət yeyir.
Obama tərəvəzlərin dərmansız yetişdirilməsinə önəm verir.