Türkiyəli müğənni Sezen Aksu Bodrumda istirahət edərkən çimərlik geyimində görüntülənib.
Axşam.az-ın məlumatına görə, Bodrum konsertindən sonra sənətçi dostları Eməl Müftüoğlu, Məltəm Cumbul və qızı ilə yaxta gəzintisinə çıxan müğənni paparatsilərdən qaça bilməyib.
Dənizə girmək istəyən Sezen Aksu çimərlik geyimində görüntülənməmək üçün əlindən gələni edib. Belə ki, cangüdənlər ətrafdakı bütün yaxtaları gəzərək, şəkillərin çəkilmədiyinə əmin olmaq istəyiblər. Ətrafda fotoqraf olmadığını düşünən Aksu bənövşəyi libasla dənizə girib. Qısa zaman sonra jurnalistləri görən müğənni cangüdənlərinin köməyi ilə sudan çıxıb.
Sezen nə qədər çalışsa da, çimərlik geyimində görüntülənməmək istəyinə nail olmayıb.