İki bığlı aparıcıdan maraqlı şou

İki bığlı aparıcıdan maraqlı şou
3384 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcılar Cavid Gül və Şəhriyar Əbilov yeni layihədə üz-üzə gəlib.

Axşam.az-ın məlumatına görə, cütlük ATV telekanalında yayımlanacaq “Bığ şou” ilə tamaşaçıları təəccübləndirəcəklər.

Yeni verilişlərindən danışan Şəhriyar onun tamaşaçıya zövq verəcək bir şou olacağını deyib:

“Biz bu verilişin məşhur rusiyalı aparıcı İvan Urqantın və Bəyazit Öztürkün şousuna bənzəyəcəyini gizlətmirik. Əslində dünyanın bütün şouları bir-birinə oxşayır. “Bığ” Azərbaycan efir məkanında fərqli bir veriliş olacaq. Burada iki aparıcı – Cavid və mən maraqlı mövzulardan bəhs edəcəyik. Günün ən aktual məsələlərini müzakirəyə çıxaracağıq. Qonaqlarımız bütün sahənin insanları ola bilər: müğənni, aktyor, psixoloq...”.

Şəhriyar verilişin adının nə üçün “Bığ” olmasından da danışıb:

“Bu ad çoxlarında maraq doğurur. Verilişdən əvvəl adı gündəmə gəlib. Və ən əsası bunu iki bığlı aparıcı idarə edəcək.

Fərqliliyimiz də odur ki, burada həm də aktyor kimi çıxış edəcəyik. Proqramda ibrətamiz çarxlar təqdim olunacaq ki, onlarda Cavidlə mən rol alacam”.