Sənət aləminin tanınmış simaları hərdən avtomobildən yorulub, başqa minik vasitələrinə əl atırlar.
Axşam.az-ın məlumatına görə, məşhurların əksəriyyətinin velosiped sürmək hobbisi var. Onlara misal olaraq reper Miri Yusif, müğənni Ayan Babakişiyeva və aparıcı Şəhriyar Əbilovu söyləmək olar.
ATV kanalının aparıcısı İlkin Həsəni də hər axşam Dənizkənarı parkda velosiped sürməyə yollanır.
Müğənni Çingiz Mustafayev velosiped sürməyi sevənlərdəndir. Özünün velosipedi olan sənətçi səhər erkən oyanıb, şəhər gəzintisinə çıxır.
Şoumen Murad Dadaşov isə maşın idarə etməkdən yorulanda yaxta sürməyə üstünlük verir.