Tanınmış sənətçi Miri Yusif özünə yeni avtomobil alıb.
Axşam.az-ın məlumatına görə, qara rəngli “Jeep Grand Cherokee” 2014-ci ilin modelidir.
İfaçı müxbirimizlə söhbətində bildirib ki, hər zaman yol hərəkət qaydalarına riayət edir:
“Sənətimdə qaydanı poza bilərəm, amma yolda əsla. Qaydalar hamı üçündür, buna hamımız əməl etməliyik”.
Miri Yusifin sözlərinə görə, yeni avtomobilini çox bəyənib:
“Hər kəsə bu maşını tövsiyə edirəm. Çox xoşuma gəldi. Mən "Jeep"in simasıyam. Özümü “jeeper” adlandırıram. Avtomobili sürətli idarə etməyi sevirəm. Amma bunun üçün maşında tək olmağım lazımdır”.
İfaçının “Jeep Grand Cherokee” markalı avtomobilinin qiyməti 47 min manatdır.
Miri Yusifin yeni avtomobili ilə birgə çəkilmiş özəl şəkillərini təqdim edirik.
Qeyd edək ki, dünya ulduzlarından aktyor Ben Aflek və müğənni Castin Timberleyk də “Jeep Grand Cherokee” sahibidir.