Gənc ifaçı Mehin Hümbətovanın sosial şəbəkədə paylaşdığı hədiyyələrin fotosu söz-söhbətə səbəb olub.
Axşam.az-ın məlumatına görə, hər kəs sürprizlərin ona sevgilisi tərəfindən edildiyini və yaxın günlərdə toy olacağını düşünüb.
Mehin müxbirimizlə söhbətində sevgi həyatından söz açıb:
“Hədiyyələrin hamısını dostlarımdan almışam. Ətrafımda o qədər məni sevən yaxşı insanlar var ki... Sağ olsunlar, könlümü xoş edirlər. Axı, hansı qız bu cür diqqət istəməz? Sevgilim yoxdur. Amma mənimlə ailə qurmaq istəyənlər var. İstanbulda yaşayan bir həmyerlimizdən üç il dalbadal evlilik təklifi aldım. Hələ ki, bu barədə heç düşünmürəm. Çünki yaşım buna icazə vermir. 20 yaş evlilik üçün tezdir. Çox istərdim ki, saf, təmiz sevgi yaşayım. Mən ürəyimcə olan sevgi axtarıram. Bizim oğlanların qısqanclıq sindromu ilə belə sevgi tapmaq qeyri-mümkündür.
“Azərbaycan sənətçilərindən ən yaraşıqlı kişi müğənnisi kimdir” sualına isə Mehin belə cavab verib:
“Ən yaraşıqlı, zövqlü və səmimi müğənni-bəstəkar Emindir. Onu çox bəyənirəm”.