Meyxanaçı Namiq Qaraçuxurlu ilk dəfə çimərlik fotosunu ortaya çıxarıb.
Axşam.az-ın məlumatına görə, sənətçi hovuzda çəkdirdiyi şəkli İnstaqram sosial şəbəkəsində paylaşıb.
Xatırladaq ki, Namiq bir müddət öncə “ATV Maqazin” verilişinə açıqlamasında bu sözləri demişdi:
“Çimərliyə getmirəm. Qorxuram ki, kimsə şəklimi çəkib sosial şəbəkədə yayar. Buna görə də dostumun bağında dincəlirəm. Amma hovuzda bir şəkil çəkdirmişəm. Hər gün deyirəm ki, onu İnstaqramda paylaşacam. Amma risk etmirəm. Şəkildə yarıçılpağam. Amma söz verirəm ki yayın sonuna kimi həmin şəkli izləyicilərimlə bölüşəcəm”.
Qeyd edək ki, Namiqin bu fotosu digər tanınmışların da təəccübünə səbəb olub.