Ebru azərbaycanlı sevgilisi ilə öpüşən yerdə

Ebru azərbaycanlı sevgilisi ilə öpüşən yerdə
7190 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Ebru Polad yenə də hər kəsi təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, cazibədar sənətçi sevgilisi ilə öpüşən zaman çəkdirdiyi şəkli sosial şəbəkədə paylaşıb.

Bir müddət əvvəl Taylandın Phuket adasındakı fotoları ilə gündəmə gələn Polad şəklin altından “aşkım” sözünü yazıb.

Qeyd edək ki, Ebru bir müddət əvvəl müsahibəsində azərbaycanlı sevgili tapdığını demişdi:

“Sevgilim ərəb deyil. Ərəb ölkəsində yaşayan azərbaycanlıdır. Sözümdə durdum, azərbaycanlı bir kişi ilə birlikdəyəm və bir-birimizi çox yaxşı anlayırıq. Təbii ki, bir-birimizi sevirik. Özü də Azərbaycanın nüfuzlu ailələrindən birinin oğludur. Buradan da ailəsinin əllərindən öpürəm”.